Dövrə hissəsindəki cərəyan şiddəti, gərginlik və müqavimət arasındakı asılılıq ilk dəfə 1827-ci ildə alman alimi Georq Om tərəfindən aparılan çoxsaylı təcrübələrlə müəyyən olunmuş və dövrə hissəsi üçün Om qanunu adlanır:
I = U
R. (2)
Araşdırmadan müəyyən etdiniz ki, Om qanununa əsasən, verilən gərginlikdə müqaviməti böyük olan rezistorda cərəyan şiddəti kiçik olur:
əgər
R1 > R2
olarsa,
I1 < I2
Şəkildə nəqilin uclarındakı gərginlik sabit olduqda cərəyan şiddətinin naqilin müqavimətindən asılılıq qrafiki verilmişdir. Naqilin uclarındakı gərginlik nə qədərdir?
NƏ ÖYRƏNDİNİZ?
Naqilin xarakteristikası __adlanır. Onun BS-də vahidi
__. Dövrə hissəsindəki__həmin hissənin uclarındakı
__ilə düz, müqaviməti ilə tərs mütənasibdir. Bu,__
üçün__adlanır.