AÇAR SÖZLƏR
Mütləq sıfır
İstilik mübadiləsi
İstilik tarazlığı
NƏ ÖYRƏNDİNİZ?
Verilən açar sözlərə uyğun şəkilçiləri əlavə etməklə aşağıdakı cümlələri tamamlayın.
Cisimlərin temperaturları eynidirsə, onlar ___ olur. Toxunan cisimlərin temperaturları müxtəlifdirsə, istilik tarazlığı yaranana qədər bu cisimlər arasında __ baş verir, Kelvin şkalasında
sıfır nöqtəsi __ temperaturu adlanır.
ÖYRƏNDİKLƏRİNİZİ YOXLAYIN
1. Cədvəli tamamlayın:
№
|
t (°C)
|
tF(°F)
|
T (K)
|
1 |
36 |
96,8 |
309 |
2 |
... |
32 |
... |
3 |
... |
... |
253 |
2. Kelvin şkaiasında mənfi temperatur varmı? Niyə?
ÇALIŞMA-1
- Otaqdakı yaş və quru taxta lövhəyə əlinizi toxundurduqda yaş taxtanı quru taxtaya nisbətən daha soyuq hiss edirsiniz. Onların temperaturları haqqında nə deyə bilərsiniz?
- Selsi şkalasında buzun ərimə temperaturu ilə suyun qaynama temperaturu arasındakı fərq 100°C-dir. Bu
fərq uyğun olaraq neçə t(°F) və T (K)-dır?
- Maddənin quruluşunun molekulyar baxımdan izahına görə temperatur hansı fiziki kəmiyyətlərdən
asılıdır?
- Bakıda qış aylarında havanın orta temperaturu 4°C, yay aylarında isə 27°C olur. Bu temperaturları
Farenheytlə ifadə edin.
- Təyyarə Yer səthindən 10 km yüksəklikdə uçur. Təyyarənin salonunda temperatur 20°C, onun gövdəsindən
kənarda isə -58°C-dir. Temperaturlar fərqi neçə t(°C) və T(K)-dır?