İxtiyari qapalı elektrik dövrəsinin xarici hissəsinin həm başlanğıcı, həm də sonu cərəyan mənbəyinin qütblərinə birləşdirilir. Ona görə də müxtəlif cərəyan mənbələri xarici dövrədə yaratdığı gərginlikləri ilə fərqləndirilir. Məsələn, “batareyanın gərginliyi 1,5V-dur ”, “şəbəkədəki gərginlik 220 V-dur ”, “dövrə hissəsinə gərginlik verilmişdir”, “naqillər gərginlik altındadır” və bu kimi ifadələrdən tez-tez istifadə olunur. Fizika laboratoriyalarında gərginliyi tənzimləyən cihazlardan istifadə edilir.
Şəkildə dörd elektrik dövrəsinin sxemi təsvir edilmişdir.
Hansı dövrədə voltmetr L lampasının uclarındakı gərginliyi ölçə bilər?
A) yalnız 1 | B) 1 və 2 | C) 2 və 3 | D) 1 va 4 | E) yalnız 2 |
NƏ ÖYRƏNDİNİZ?
__enerji xarakteristikası__adlanır. Elektrik gərginliyi -
elektrik sahəsinin iki nöqtəsi arasında yükün yerdəyişməsi
zamanı__həmin__nisbətinə bərabər fiziki kəmiyyətdir.
Gərginlik__ölçülür.