Elektrik sahəsinin gördüyü iş sahənin enerji xarakteristikası olub elektrik gərginliyi və ya gərginlik adlanır.
Düsturu | Ölçü vahidi |
U = A |
[U] = 1[A] |
Tərifi | Tərifi |
Elektrik gərginliyi - vahid yükü elektrik sahəsinin iki nöqtəsi arasında hərəkət etdirmək üçün elektrik sahəsinin gördüyü işə bərabərdir. | Bir volt (1V) - elektrik sahəsinin elə iki nöqtəsi arasındakı elektrik gərginliyinə deyilir ki, 1 Kl yük bu nöqtələr arasında yerini dəyişdikdə elektrik qüvvələri 1C iş görsün. |
Gərginlik düsturundan göründüyü kimi, elektrik sahəsində yükün iki nöqtə arasında yerdəyişməsi zamanı görülən iş yükün miqdarı ilə bu nöqtələr arasındakı elektrik gərginliyinin hasilinə bərabərdir:
A = q · U.
Gərginlik voltmetrlə ölçülür. Fizika kabinetində iki növ voltmetrdən istifadə olunur:
laboratoriya voltmetri (c) və nümayiş voltmetri (d).
Voltmetrin şkalasında V hərfi olur. Voltmetr sxemlərdə içərisində
V hərfi olan dairə ilə işarə edilir (bax: cədvəl 6.1.).
Dövrənin hansı nöqtələri arasındakı gərginliyi ölçmək lazımdırsa, voltmetrin sıxacları da həmin
nöqtələrə birləşdirilir. Məsələn, lampadakı gərginliyi ölçmək lazımdırsa, voltmetr bu lampanın
sıxaclarına birləşdirilir. Əgər dövrədəki elektrik zəngindəki
gərginliyi təyin etmək lazımdırsa, bu halda voltmetr elektrik zənginin sıxaclarına birləşdirilir.
Cərəyan mənbəyindəki gərginliyi ölçmək üçün voltmetri onun qütblərinə birləşdirmək lazımdır
(e).