Diqqət!
Ampermetr dövrəyə qoşularkən diqqət etmək lazımdır ki, onun müsbət sıxacı cərəyan mənbəyinin müsbət
qütbü tərəfə, mənfi sıxacı isə mənfi qütbü tərəfə birləşdirilsin, əks halda cihazın əqrəbi geriyə
hərəkət etməyə çalışar və ampermetr xarab ola bilər.
ÖYRƏNDİKLƏRİNİZİ TƏTBİQ EDİN
ARAŞDIRMA-2
-
Naqilin en kəsiyindən 10 san ərzində 4 Kl yük keçir. 3 dəq ərzində həmin naqilin en kəsiyindən nə
qədər yük keçər?
- Naqildəki cərəyan şiddəti 10 A-dir. Naqilin en kəsiyindən 5 dəq ərzində keçən elektrik yükünün
miqdarını hesablayın.
AÇAR SÖZLƏR
Amper
Ardıcıl
Ampermetr
Cərəyan şiddəti
NƏ ÖYRƏNDİNİZ?
Ədədi qiymətcə naqilin en kəsiyindən bir saniyədə keçən
elektrik yükünün miqdarına bərabər olan kəmiyyət __
adlanır. Cərəyan şiddətinin BS-də vahidi __. Cərəyan
şiddəti__adlanan cihazla ölçülür. O, elektrik dövrəsinə__
birləşdirilir.
ÖYRƏNDİKLƏRİNİZİ YOXLAYIN
- Cərəyan şiddəti nəyi xarakterizə edir?
- Cərəyan şiddəti hansı cihazla ölçülür, sxemlərdə şərti işarəsi nədir və o, dövrəyə necə qoşulur?
- Naqilin en kəsiyindən 10 dəq ərzində 200 Kl yük keçərsə, ondakı cərəyan şiddəti neçə amperdir?