Naqilin en kəsiyindən verilən zaman müddətində keçən elektrik yüklərinin miqdarını müqayisə etmək və hesablamaq üçün cərəyan şiddəti adlanan fiziki kəmiyyətdən istifadə edilir:
Düsturu | Ölçü vahidi |
t. Burada I - cərəyan şiddəti, q - naqilin en kəsiyindən keçən elektrik yükünün miqdarı, t - yükün keçməsinə sərf olunan zamandır. |
[t] = 1Kl san = 1A. Cərəyan şiddətinin BS-də vahidi amperdir (1A). |
Tərifi | Tərifi |
Cərəyan şiddəti - naqilin en kəsiyindən bir saniyədə keçən elektrik yükünün miqdarına bərabər olan skalyar kəmiyyətdir. | Bir amper (1A) - elə cərəyan şiddətidir ki, vakuumda aralarındakı məsafə 1 m olan iki paralel sonsuz uzun və nazik naqillərin hər birindən eyni şiddətdə cərəyan keçərkən onların hər birinin, digərinin 1 m uzunluqlu hissəsinə 2⋅10 qüvvə ilə təsir etmiş olsun” |
Cərəyan şiddətinin vahidi fransız alimi Andre Amperin şərəfinə adlandırılmışdır. Cərəyan şiddətinin vahidi olan amper BS-də əsas vahidlərdən biridir. Praktikada cərəyan şiddəti vahidinin hissə və misillərindən də istifadə olunur:
1mA = 10-3A;
1 mkA = 10-6A;
1 kA = 103A.
Cərəyan şiddəti ampermetr adlanan cihazla ölçülür. Fizika kabinetində iki növ ampermetrdən istifadə olunur: laboratoriya ampermetri (c) və nümayiş ampermetri (d).
Ampermetrin şkalasında A hərfi olur. Sxemlərdə o, içərisində A hərfi olan dairə ilə işarə edilir (bax: cədvəl 6.1). Elektrik işlədicisində (məsələn, lampada) cərəyan şiddətini ölçmək üçün ampermetr bu işlədiciyə ardıcıl birləşdirilir (e). Bu zaman həm işlədicidən, həm də ampermetrdən eyni cərəyan keçir.