Kelvin şkalasında sıfır nöqtosi (0 K) mütləq sıfır temperaturu adlanır. Mütləq sıfır
temperaturunda maddə molekulları istilik hərəkətlərini dayandırır - molekulları orta kinetik enerjiləri
sıfıra bərabər olur.
Selsi şkalasında mütləq sıfıra uyğun temperatur —273°C-dir (daha dəqiq - 273,15°C-dir). Kelvin şkalasına
görə normal atmosfer təzyiqində buzun ərimə temperaturu 273 K, suyun qaynama temperaturu isə 373 K-dir.
Kelvin və Selsi şkalaları ilə ölçüləri temperaturlar arasında aşağıdakı münasibət mövcuddur:
T (K) = t (°C) + 273 və ya t(°C) = T(K) - 273.
Temperaturun Kelvin şkalasında 1K dəyişməsi onun Selsi şkalasında da 1°C dəyişməsinə uyğundur: temperaturun bu iki şkalada bölgüləri eyni olduğundan. həm Kelvin, həm də Selsi şkalaları ilə ölçülən temperaturun dəyişmələri bərabərdir: ∆T = ∆t .
ÖYRƏNDİKLƏRİNİZİ TƏTBİQ EDİN
MəsələArif maye termometrlərin necə işlədiyini belə kəşf etdi: o hazırladığı "zeytun yağı termometri”ni içində su olan 3 müxtəlif qaba daxil etməklə şəkildəki kimi ölçmələr apardı.
I sual. Arifin hazırladığı "zeytun yağı termometr"nin iş prinsipi hansı fiziki hadisəyə əsaslanır?
II sual. Arif həmin qablardakı suların temperaturunu civəli termometrlə ölçdükdə 1 qabındakı suyun temperaturunun 42°C olduğunu qeyd etdi. O. civəli termometrlərini 2 və 3 qablarındakı suların temperaturlarını ölçülərsə, uyğun termometrlər necə °C göstərir?
2 qabı | 3 qabı | |
A) | 42 | 42 |
B) | 58 | 30 |
C) | 30 | 58 |
D) | 48 | 38 |
E) | 43 | 30 |
III sual. Arif 1, 2 və 3 qablarındakı suların temperaturunu Farenheyt şkalalı termometrlərlə ölçərsə, bu termometrlər uyğun olaraq hansı temperaturları göstərər?