Təchizat: cərəyan mənbəyi, açar, iki ədəd qrafit (kömür) elektrod (bu elektrodlar
məhlulla kimyəvi reaksiyaya girmir), içərisində mis 2-xloridin suda məhlulu olan şüşə qab, patrona
bağlanmış lampa, birləşdirici naqillər.
İşin gedişi:
Müxtəlif maddələrin sudakı məhlulundan elektrodlar vasitəsilə cərəyan keçdikdə bu elektrodların üzərində yeni maddə yaranır: kimyəvi reaksiya nəticəsində bərk cisimlərin zərrəcikləri elektrodlar üzərində toplanaraq çöküntü verir, ayrılan qaz isə qabarcıqlar şəklində məhlulun səthinə qalxır. Araşdırmada bunu müşahidə etdiniz: cərəyan mənbəyinin mənfi qütbünə bağlanan elektrod üzərində məhluldan yeni maddə - mis ayrılır. Nəticədə həmin elektrod narıncı rəngli çöküntüyə “bürünür”. Mənbəyin müsbət qütbünə birləşdirilən elektrod yaxınlığında isə xlor qazı (onun spesifik iyi hiss edilir) qabarcıqlar formasında mayenin səthinə qalxır.
Elektroliz vasitəsilə məmulatların xromlanması və nikellənməsi həyata keçirilir. Cərəyanın kimyəvi
təsiri qazlarda da özünü göstərir, məsələn, şimşək çaxanda havadan ozon qoxusu gəlir (ozon - oksigenin
xüsusi formasıdır, onun molekulu üç atomdan təşkil olunmuşdur: O3).
Cərəyanın kimyəvi təsirləri, bəzən isə istilik təsiri heç də həmişə müşahidə olunmur: məsələn, elektriki
yaxşı keçirən elə naqillər vardır ki, onlardan cərəyan keçdikdə istilik ayrılması hiss edilmir.
Təchizat: cərəyan mənbəyi, açar, mismar (150 mm-lik), kiçik mismarlar (5-6 əd.) patrona
bağlanmış lampa, birləşdirici naqillər.