Lampanın içərisindəki tel spiral formasında hazırlanmışdır. Müəllimin sinfə verdiyi "Niyə lampanın daxilindaki tel spiral formasında hazırlanmışdır?" sualını şagirdlərin bir neçəsi aşağıdakı kimi cavablandırdı:
Elektrik cərəyanını praktikada geniş tətbiq olunan müxtəlif təsirləri ilə aşkar etmək olur.
Elektrik cərəyanının bu təsirini közərmə lampası olan dövrələrin araşdırılmasında əyani şəkildə
müşahidə etmisiniz: cərəyan keçən naqilin teli qızır və işıq saçır. Cərəyanın işıqlanma
təsirlərini bir çox alimlər araşdırmışlar: bunlar italyan alimi A.Volta, rus ixtiraçısı V.Petrov
(elektrik qövsünü ixtira etmişdir) və P.Yabloçkov (elektrik qövsünü işıqlanmaya tətbiq etmişdir),
Amerika ixtiraçısı T.Edison (müasir közərmə lampasını ixtira etmişdir) və başqalarıdır. Onların
araşdırmalarının nəticəsi müxtəlif işıqlanma lampalarının yaradılmasıdır (a).
Cərəyanın istilik təsirlərindən isə elektrik qızdırıcılarında (məsələn, elektrik çaydanları,
qızdırıcılar və s.) geniş tətbiq edilir (b).
Bu təsiri müxtəlif maddələrin sulu məhlullarından cərəyan keçərkən asanlıqla müşahidə etmək olur.