Hər bir qapalı elektrik dövrəsi iki hissədən ibarətdir: xarici hissə və daxili hissə. Dövrənin xarici hissəsini cərəyan mənbəyinin sıxaclarına birləşdirilən naqillər, elektrik işlədiciləri və ölçü cihazları təşkil edir. Dövrənin daxili hissəsini isə cərəyan mənbəyi təşkil edir. Dövrə qapalı olduqda xarici hissədən cərəyan keçir və işlədicilər işə düşür. Dövrədəki elektrik enerjisi işlədildiyindən cərəyan mənbəyinin qütblərindəki elektrik yükləri neytrallaşmalıdır, lakin bu baş vermir, çünki cərəyan mənbəyinin daxilində elektrik yüklərinin arasıkəsilməz ayrılması baş verir və qütblərə fasiləsiz elektrik yükləri toplanır.
ÖYRƏNDİKLƏRİNİZİ TƏTBİQ EDİN
Təchizat: cib fənərinin kəsiyinin təsviri.
İşin gedişi:
Cədvəl 6.1-dən istifadə etməklə təsvirdə verilən fənərin elektrik dövrəsinin sxemini çəkin.
Nəticəni müzakirə edin:
NƏ ÖYRƏNDİNİZ?
__mövcud olması üçün zəruri şərtlərdən biri cərəyan
keçən elektrik qurğularının qapalı__əmələ gətirməlidir.
Elektrik dövrəsi müxtəlif__ibarət ola bilər.
Elektrik dövrəsini təşkil edən elementlər__ilə sxemdə
təsvir olunur.
Qapalı elektrik dövrəsi iki hissədən ibarətdir:__və__.