Cərəyan mənbəyi, elektrik lampası, birləşdirici naqillər və açar sadə elektrik dövrəsini təşkil edir (a). Açar işlədicini istənilən vaxt dövrəyə daxil edən və ya dövrədən ayıran qurğudur. Lampa yalnız dövrə qapalı olduqda işıqlanır (b). Bu dövrəni təşkil edən elementlər şərti işarələrlə sxemdə təsvir edilir (c və d).
Cədvəl 6.1-də elektrik dövrəsinin sxemlərində gələcəkdə tez-tez istifadə ediləcək elementlərin şərti işarələri göstərilir.
Cədvəl 6.1. Elektrik dövrəsinin bəzi elementlərinin şərti işarəsi.