İsti sudakı əşyaların hər biri “soyuq” cismə (yəni əlimizə) toxunduqda ona istilik verir. İstilikvermə zəif baş verirsə, əlimizin cismə toxunan hissəsində (taxta qaşıq, plastmas və şüşə çubuq) temperaturun zəif yüksəlməsi hiss olunur; əgər istilikvermə sürətli baş verirsə, əlimizlə cisimdə daha yüksək istilik hiss edirik, məsələn, metal qaşıqda. Əslində isə sudakı əşyaların hamısının temperaturu suyun temperaturu ilə eynidir.
Bilirsiniz ki, cisimlərin temperaturu termometr adlanan cihazla ölçülür (bax: “Fizika – 6”, səh. 66-68). Əksər ölçü cihazı kimi termometr də şkalaya malikdir. Termometr şkalasını qurmaq üçün temperaturun iki əsas istinad nöqtəsi götürülür, sonra isə bu nöqtələrarası məsafə bərabər hissələrə bölünərək uyğun temperatur vahidinə görə dərəcələnir. Belə üsulla
qurulan temperatur şkalasına nümunə olaraq Selsi və Farenheyt şkalalarını göstərmək olar. Məişətdə istifadə etdiyimiz termometr temperaturu Selsi dərəcə (°C) ilə göstərir. Bu termometr şkalasında 0°C normal atmosfer təzyiqində buzun ərimə temperaturu, 100°C isə normal atmosfer təzyiqində suyun qaynama temperaturu istinad nöqtələri kimi götürülmüşdür.
t°C = 5
9 (t°F - 32)
və ya
t°F = 9
5 t°C + 32.
1848-ci ildə ingilis fiziki Uilyam Tomson (lord Kelvin) temperaturun yeni şkalasını təklif edir. Bu şkala mütləq temperatur və ya Kelvin şkalası adlanır. Mütləq temperatur T hərfi ilə işarə edilir və onun BS-də vahidi əsas vahid olub Kelvindir (K).
[ T ] = 1K