Birinci şərt bütün keçiricilərdə ödənir: metallarda yükdaşıyıcılar - sərbəst elektronlar, elektrik cərəyanı keçirən məhlullarda isə - müsbət və mənfi ionlardır. İkinci şərtin ödənməsi üçün naqildə elektrik sahəsi yaradılır: naqildə nizamsız hərəkət edən (c) yükdaşıyıcılar bu sahənin təsiri altında istiqamətlənmiş hərəkət alır (d).
Araşdırmada elektrik sahəsi yüklənmiş metal sferalar ətrafında yaranmışdır. Onları keçirici məftillə birləşdirdikdə elektrik sahəsi bu naqildə də yarandı. Yaranan sahə keçirici naqildəki sərbəst elektronlara elektrik qüvvəsi ilə təsir edir. Nəticədə elektronlar mənfi yüklənmiş sferadan müsbət yüklü sferaya doğru nizamlı hərəkət edir - naqildən və lampadan elektrik cərəyanı keçir. Lakin bu cərəyan qısamüddətli oldu: lampa ani olaraq yanıb-söndü. Buna səbəb metal sferalardakı yüklərin neytrallaşmasından sonra keçirici naqildə elektrik sahəsinin, onunla yanaşı sərbəst elektronlara təsir edən elektrik qüvvəsinin yox olmasıdır. Nəticədə sərbəst elektronların nizamlı hərəkəti - elektrik cərəyanı kəsilir.
Başqa sözlə desək, elektrik cərəyanının istiqaməti olaraq müsbət yüklərin hərəkət istiqaməti (sərbəst elektronların hərəkətinin əksi istiqaməti) qəbul olunmuşdur (e).
ÖYRƏNDİKLƏRİNİZİ TƏTBİQ EDİNVerilən cədvəldə uyğun xanaları tamamlayın:
Nəticəni müzakirə edin: