Dielektrik dayağa bərkidilən alüminium borunun bir ucuna ipək sapdan asılmış alüminium giliz toxundurulmuşdur. Borunun digər ucuna elektriklənmiş ebonit çubuq yaxınlaşdırdıqda metal gilizin ondan itələndiyi müşahidə olunur.
Təchizat: eyni metal sferalı iki elektrometr, ortasına kiçik lampa lehimlənmiş keçirici
məftil (naqil), birləşdirici naqillər, elektrofor maşını.
İşin gedişi:
Elektriklənmiş metal sferaları naqillə birləşdirdikdə elektrometrlərin dərhal boşalması o deməkdir ki, sferalar öz yüklərini itirdi. Deməli, bu yüklər naqildə sərbəst hərəkət etmişdir. Hərəkətdə olan sərbəst yüklərin lampadan keçməsi isə onun işıqlanıb-sönməsinə səbəb olmuşdur.
Tərifdən görünür ki, maddədə fasiləsiz elektrik cərəyanının mövcud olması üçün zəruri şərtlər ödənməlidir. Bunlar aşağıdakılardır:
- maddədə bütün cisim boyunca hərəkət edə bilən yüklü zərrəciklər (yükdaşıyıcılar) olmalıdır;
- bu zərrəciklərə onları müəyyən istiqamətdə hərəkət etdirən elektrik qüvvəsi təsir etməlidir;
- elektrik cərəyanının keçdiyi naqil (naqillərdən ibarət elektrik dövrəsi) qapalı olmalıdır.