1. Dielektrik dayaq üzərində 1 və 2 metal lövhələri paralel yerləşdirilmişdir.2 lövhəsinin yaxınlığına mənfi yüklə elektriklənmiş metal kürəcik gətirilərsə, lövhələrdə elektrik yükü necə paylanar?
2. İntensivliyi 4kN
Kl olan bircins elektrik
sahəsində 8∙10-6 Kl yükə sahə tərəfindən nə qədər qüvvə təsir edir?
A) 0,5 mN
B) 2 mN
C) 1,5 mN
D) 2,5 mN
E) 32 mN
3. Yükləri + 1nKl və -3nKl olan iki eyniölçülü metal kürə bir-birinə toxundurulub əvvəlki məsafəyə qədər uzaqlaşdırıldı. Kürələr arasındakı qarşılıqlı təsir qüvvəsi necə dəyişdi?
A) 3 dəfə artdı
B) 3 dəfə azaldı
C) 9 dəfə artdı
D) 9 dəfə azaldı
E) dəyişmədi
4. B və C elektroskopları əksişarəli yüklə elektriklənmişdir. Elektriklənmiş A çubuğu B elektroskopuna yaxınlaşdırıldıqda elektroskopun yarpaqları qapanır, D çubuğu C elektroskopuna yaxınlaşdırıldıqda isə elektroskopun yarpaqları bir qədər də aralanır.
Bu ona görə baş verir ki:
1. A və D çubuqlarının yükləri əksişarəlidir.
2. A çubuğu ilə B elektroskopunun yükləri eyni işarəlidir.
3. D çubuğu ilə C elektroskopunun yükləri eyni işarəlidir.
A) 1 və 2 B) Yalnız 2 C) yalnız 3 D) 2 və 3 E) Yalnız 1