Birincisi, elektrik sahəsinin qüvvə xətləri qapalı deyil. Onlar müsbət yükdən başlayır və mənfi yükdə qurtarır (e).
İkincisi, qüvvə xətləri kəsilməzdir (bütöv xətlərdir) və bir-biri ilə kəsişmir. Fəzanın hər bir
nöqtəsindən yalnız bir qüvvə xəttini keçirmək olar.
Üçüncüsü, sahənin intensivliyi böyük olan yerlərdə qüvvə xətləri daha sıx yerləşir.
Dördüncüsü, elektriklənən sonsuz müstəvi lövhələr arasında elektrik sahəsinin qüvvə xətləri paralel və
bir-birindən eyni məsafədə olur. Belə elektrik sahəsi bircins elektrik sahəsi adlanır (f).
Təchizat: “elektrik sultanı” (2 əd.), elektrofor maşını, birləşdirici naqillər.
Cihazın təsviri: Elektrik sultanı - çoxsaylı nazik kağız zolaqlı başlıqdan ibarət metal çubuqdur. Çubuq plastmas ştativə geydirilir (g). Ona elektrik yükü verildikdə hər bir zolaq sınaq yükünə çevrilir və sahənin qüvvə xətləri istiqamətində düzülür
İşin gedişi: