AÇAR SÖZLƏR
Nöqtəvi yük
Vektorial kəmiyyət
Elektrik sahəsinin intensivliyi
Sınaq yükü
Elektrik qüvvəsi
Yükün miqdarı
Elektrostatik sahə
Elektrik sahəsi
NƏ ÖYRƏNDİNİZ?
Hər bir elektrik yükünün ətrafında __ mövcuddur.
Elektrik sahəsinin elektrik yükünə təsir etdiyi qüvvə__adlanır. Elektrik sahəsinə gətirilən
yük__adlanır. Elektrik sahəsinin
qüvvə xarakteristikası__. Elektrik sahəsinin
intensivliyi__olub müsbət yükə təsir edən
elektrik qüvvəsinin istiqamətində yönəlir. Sükunətdəki elektrik yükünün yaratdığı sahə
__ adlanır. __ verilmiş nöqtədə yaratdığı
elektrik sahəsinin intensivliyinin modulu __
ilə düz, yükdən olan məsafənin kvadratı ilə tərs mütənasibdir.
ÖYRƏNDİKLƏRİNİZİ YOXLAYIN
- Elektrik sahəsini nə yaradır və onun mövcudluğu necə müəyyən edilir?
- Elektriklənmiş cisim yaxınlığındakı yüklü zərrəciyə təsir edir, bəs zərrəcik də cismə təsir
edirmi?
- Yuxarı qalxan tozcuq havaya sürtünərək müsbət yüklə elektriklənir. Yer kürəsinin elektrik sahəsinin
bu tozcuğa təsir etdiyi elektrik qüvvəsi hansı istiqamətə yönələr?
- Elektrik sahəsi müsbət q0 yükü tərəfindən yaradılmışdır. Şəkildəki diaqramda bu sahəyə gətirilmiş
mənfi q sınaq yükü ilə q0 yükü arasındakı ilk və son məsafələr təsvir edilmişdir (a).
Bu yüklər arasındakı ilk məsafədə sınaq yükünə təsir edən elektrik sahə intensivliyi b şəklindəki
diaqramda göstərilmişdir. Həmin yüklər arasındakı son məsafəyə uyğun sahə intensivliyinin modulu
verilən diaqramın hansı seçimində düzgün təsvir edilmişdir?