Elektrik qüvvəsi elektrik sahəsinin intensivliyi ilə sınaq yükünün miqdarı hasilinə bərabərdir:
Kulon qanununa görə, nöqtəvi q0 - yükünün yaratdığı sahədə q
sınaq yükünə təsir edən elektrik qüvvəsinin modulu
olduğundan:
-
Nöqtəvi yükün verilmiş nöqtədə yaratdığı elektrik sahəsinin intensivliyinin modulu yükün miqdarı
ilə düz, yükdən olan məsafənin kvadratı ilə tərs mütənasibdir. Elektrik sahəsinin intensivliyi
bu sahəyə gətirilən sınaq yükündən asılı deyildir.
-
Nöqtəvi yükün fəzanın istənilən nöqtəsində yaratdığı elektrik sahəsinin intensivliyinin
istiqaməti necə təyin edilir?
-
Sahəni yaradan q0 yükü müsbətdirsə, elektrik sahəsinin intensivlik vektoru
sahənin istənilən nöqtəsində radial istiqamətdə yükdən xaricə doğru, mənfidirsə, yükə doğru
yönəlir
(c və d).
ÖYRƏNDİKLƏRİNİZİ TƏTBİQ EDİN
ARAŞDIRMA-2
- Elektrik sahəsinin hansı nöqtəsində intensivliyin modulu daha böyükdür?
Məsələ
Müsbət və mənfi q0 yükünün elektrik sahəsini araşdırın (bax:
c və d). Şəkildə bu yüklərin fəzada yaratdıqları elektrik sahəsinin A
və B nöqtələrində
və
intensivlik vektorları təsvir edilmişdir. Elektrik sahələrinin uyğun nöqtələrində intensivliyin
modulları arasındakı münasibəti təyin edin.
Nəticəni müzakirə edin:
- Elektrik sahəsinin hansı nöqtəsində intensivliyin modulu daha böyükdür?
Cavabınızı əsaslandırın.