Elektrik sahəsinin elektrik yükünə təsir etdiyi qüvvə
, elektrik qüvvəsi adlanır.
Çoxsaylı təcrübələrdən müəyyən olunmuşdur ki, elektrik qüvvəsi
təsir etdiyi elektrik yükünün mütləq qiyməti ilə düz mütənasibdir:
Elektrik sahəsi bu sahədə yerləşən böyük elektrik yüklü zərrəciyə daha böyük qüvvə ilə təsir edir. Məsələn,
sükunətdə olan müsbət q0 yükünün elektrik sahəsinə gətirilən müsbət 2 q yükünə təsir edən qüvvə
eyni məsafədə yerləşən müsbət q yükünə təsir edən qüvvədən 2 dəfə böyükdür (b).
Elektrik sahəsinin qüvvə xarakteristikası elektrik sahəsinin intensivliyidir.
Burada - elektrik sahəsinin intensivliyi, q - sahəyə gətirilən sınaq yükü, - sınaq yükünə təsir edən qüvvədir.
Elektrik sahəsinin intensivliyi vektorial kəmiyyətdir. vektoru müsbət yükə təsir edən qüvvə istiqamətində yönəlir.
Elektrik sahəsinin intensivliyinin BS-də vahidi: