NƏ ÖYRƏNDİNİZ?
Elektrik yüklərini toplamaq üçün istifadə edilən qurğu__.
Kondensatorun elektrik yükünü toplamaq qabiliyyəti__
adlı fiziki kəmiyyətlə xarakterizə olunur. __ilk kondensatordur.
Böyük miqdarda müxtəlif işarəli elektrik yükləri yaratmaq, toplamaq və ötürmək üçün istifadə olunan
qurğu__.
Təchizat: dielektrik dayaq üzərinə bərkidilmiş metal kürəcik, ipək sapdan asılan
yüngül metal sfera, elektrofor maşını, mis məftil.
İşin gedişi: 1. Sapdan asılan B metal sferanı elektrofor maşınının konduktoruna toxundurmaqla yükləyin. 2. Dielektrik dayaq üzərindəki A metal kürəciyi də elektrofor maşınının eyni konduktoruna birləşdirib metal sferanın altında müəyyən məsafədə yerləşdirin (a). 3. Elektrofor maşınının dəstəyini fırlatmaqla kürəciyi elektrikləndirin və cisimlər arasında yaranan qarşılıqlı təsiri müşahidə edin.
Nəticəni müzakirə edin:Bu suala ilk dəfə XIX əsrin əvvəllərində ingilis alimi M.Faradey cavab verir: “hər bir elektrik yükünün (elektrik yüklü zərrəciyin və ya cismin) ətrafında elektrik sahəsi mövcuddur".
Elektrik sahəsi görünmür, onun mövcudluğunu yalnız təsirləri ilə aşkar etmək mümkündür. Elektrik yükləri öz elektrik sahələri vasitəsilə bir-birinə müəyyən qüvvə ilə qarşılıqlı təsir göstərir.