Kondensator ən mürəkkəb müasir elektrik avadanlıqlarının (kompüter, televizor, mobil telefon
və s.
aparatların) əsas hissələrindən biridir. Bu aparatlarda istifadə olunan kondensatorlar elə kiçikdir ki,
onları yalnız zərrəbinlə görmək olar (c).
Böyük miqdarda müxtəlif işarəli elektrik yükləri ayırmaq, toplamaq və ötürmək üçün istifadə olunan qurğu elektrofor maşınıdır (d).
Elektrofor yunanca “elektriki daşıyan” mənasını verir. O, aralarında hava olan iki
paralel plastmas diskdən (1) ibarətdir. Disklər dəstək vasitəsilə (dəstək şəkildə
görünmür) əks tərəflərə fırladılır. Böyük sürətlə fırlanan disklər aralarındakı havaya sürtünməklə
əksişarəli yüklərlə elektriklənir. Əksişarəli elektrik yükləri disklərə toxunan metal fırçalar
vasitəsilə iki leyden bankasına (2) toplanır və bu yüklər kürəvi metal konduktorlara
(3) ötürülür.
Nəticədə konduktorlardan birində müsbət, digərində mənfi elektrik yükləri yaranır. Yüklənən elektrofor
maşınını “boşaltmaq” (yüksüzləşdirmək) üçün konduktorları dəstəklərindən tutub bir-birinə toxundurmaq
lazımdır.
Təchizat: elektrofor maşını.
İşin gedişi: