ÖYRƏNDİKLƏRİNİZİ TƏTBİQ EDİN
ARAŞDIRMA
- Hansı seçim Kulon qüvvəsini düzgün əks etdirir?
Şəkildə iki eyni q nöqtəvi yük və onlar arasındakı Kulon qarşılıqlı təsir
qüvvələri göstərilmişdir (a). Bu yüklər b şəklində göstərilən
məsafədə yerləşərsə, həmin şəkildəki hansı seçim
onlar arasındakı Kulon qarşılıqlı təsir qüvvəsini düzgün əks etdirər?
AÇAR SÖZLƏR
Qarşılıqlı təsir
Kulon qanunu
Nöqtəvi yük
Burulma tərəzisi
Kulon qüvvəsi
NƏ ÖYRƏNDİNİZ?
Sükunətdə olan iki__vakuumda__qüvvəsi yüklərin modulları
hasili ilə düz, aralarındakı məsafənin kvadratı ilə tərs mütənasibdir. Bu qarşılıqlı təsir qüvvəsi__,
qanun isə__adlanır.
Kulon qanunu__vasitəsilə təyin edilmişdir.
ÖYRƏNDİKLƏRİNİZİ YOXLAYIN
- Kulon qüvvəsi hansı xarakterlidir: cazibə, yoxsa itələmə? Cavabınızı əsaslandırın.
- q1 = 4⋅10-6 Kl və q2 = -18⋅10-6 Kl iki nöqtəvi elektrik
yükü arasındakı məsafə 60 sm-dir. Bu yüklər arasındakı Kulon qüvvəsini hesablayın.
-
Nöqtəvi elektrik yükləri arasındakı məsafəni 5 dəfə artırdıqda onlar arasındakı Kulon qüvvəsi necə dəyişər?
- Aralarındakı məsafə 3 sm olan iki maddi nöqtədən birinin yükü q1 = +5e,
digəri isə yüksüzdür. Bu nöqtələr arasındakı Kulon qüvvəsi nəyə bərabərdir?