A və B kürələrinə eyniadlı yüklər verilir. Bu zaman B kürəsi itələnir və şüşə çubuq müəyyən bucaq qədər dönür. Çubuğun dönmə bucağına görə A və B kürələrinin qarşılıqlı təsir qüvvəsi müəyyən edilmişdir. Kulon kürələrin arasındakı məsafəni və yüklərin miqdarını dəyişməklə müəyyən etmişdir ki, nöqtəvi yüklərin qarşılıqlı təsir qüvvəsi onlar arasındakı məsafədən və yüklərin modulları hasilindən asılıdır. Kulonun təcrübələri elektrostatikanın mühüm qanununun kəşfinə gətirdi:
F = k|q1||q2|
r2
Burada q1 və q2 - sükunətdəki yüklərin miqdarı, r - onlar arasındakı məsafə, F - sükunətdəki elektrik yüklərinin qarşılıqlı təsir qüvvəsinin modulu (bu qüvvə çox vaxt Kulon qüvvəsi adlanır), k - mütənasiblik əmsalıdır. Təcrübədən k əmsalının qiyməti təyin olunmuşdur:
k = 9 · 109 N · m2
Kl2.
Bu ifadə o deməkdir ki, hər birinin yükü 1Kl olan iki nöqtəvi elektrik yükü bir-birindən 1 m məsafədə yerləşərsə, onlar arasında 9 · 109N-a bərabər qarşılıqlı təsir qüvvəsi yaranar.
Nöqtəvi yüklər arasındakı Kulon qarşılıqlı təsir qüvvələri həmin yükləri birləşdirən düz xətt boyunca əks istiqamətlərə yönəlir.