Beləliklə, baxılan hadisələrdən və apardığınız araşdırmalardan belə bir nəticə çıxır: elektrik yükünə malik iki cisim toxunduqda onlar arasında yük mübadiləsi baş verir - yüklər işarələri nəzərə alınmaqla toplanır.
q1 + q2 + q3 + ... + qn = const.
Bu, təbiətin mühüm qanunlarından olub elektrik yükünün saxlanması qanunudur. Qanunu 1843-cü ildə ingilis alimi Maykl Faradey kəşf etmişdir.
Verilən nümunəyə uyğun məsələni həll edin.
Nümunə.
|
|
q1 = 9e, q2 = -15e. q'1 - ?,q'2-?, |
q = q1 + q2 Kürəciklər eyni olduğundan onların hər birində ümumi yükün yarısı qalır:
q'1 = q'2 = q |
Hesablanması
q'1 = q'2 = 9e + (-15e) |
Bir-birindən müəyyən məsafədə yerləşən iki eyni metal sferadan birində q1= 26e, digərində isə q2 = -12e elektrik yükü var. Sferaları toxundurub yenə əvvəlki məsafəyə uzaqlaşdırdılar. Onlarda qalan q'1 və q'2 yüklərini təyin edin.
Nəticəni müzakirə edin: