Təchizat: ağzı geniş şüşə butulka (və ya şüşə banka), rezin tıxac (və ya polietilen
qapaq), metal mil (və ya mismar), nazik kağız lent (2 əd.), yapışqan, ebonit (və ya şüşə) çubuq (c).
İşin gedişi: 1. Verilənlərdən elektroskop hazırlayın. 2. Hazırladığınız cihazı elektrikləndirilmiş çubuqla yoxlayın.
Cisimlərin elektriklənməsini və elektrik yükünün xassəsini kəmiyyətcə araşdırmaq məqsədilə elektrometr adlanan cihazdan istifadə olunur. Onun da iş prinsipi elektroskopda olduğu kimi, elektriklənmiş cisimlərin qarşılıqlı təsirinə əsaslanır. Tərpənməz keçirici (1) çubuğun (2) oxuna hərəkət edə bilən yüngül (3) metal əqrəbi birləşdirilmişdir. Əqrəb xarici təsirlərdən qorumaq üçün iki tərəfi şüşə ilə örtülmüş (4) gövdəsində yerləşdirilmişdir. Metal çubuq gövdədən (5) rezin (və ya plastmas) tıxacla izolə edilir. Gövdənin aşağı hissəsinə bölgülü şkala (6) və yerlə əlaqələndirilən (7) sıxac bərkidilmişdir (d).
Elektrometrin metal çubuğuna elektriklənmiş cisimlə toxunduqda həm çubuq, həm də metal əqrəb eyni işarəli yüklə elektriklənir və əqrəb çubuqdan itələnir (e). Əqrəbin meyil bucağına əsasən elektriklənmə dərəcəsini müəyyən etmək olur: meyil bucağı nə qədər çoxdursa, əqrəb və çubuq da bir o qədər böyük elektrik yükü alır.
ÖYRƏNDİKLƏRİNİZİ TƏTBİQ EDİNTəchizat: çubuğuna içərisi boş metal sfera geydirilmiş elektrometr, şüşə çubuq, yun (və ya ipək) parça.