İşin gedişi:
- Ştativləri masa üzərində bir-birinə yaxın yerləşdirin. Şüşə çubuğu parçaya sürtməklə
elektrikləndirib kürəyə toxundurun (d). Kağız lentin kürəyə cəzb olunma
səbəbini yoldaşlarınızla müzakirə edin.
- Kürəyə əlinizlə toxunub onu elektriksizləşdirin. Sonra metal çubuğu yun parçaya
sürtüb metal kürəyə toxundurun və kağız lentdə baş verən dəyişikliyi izləyin (e).
Nəticəni müzakirə edin:
- Nə üçün elektriklənmiş şüşə çubuğu metal kürəyə yaxınlaşdırdıqda kağız lent
kürəyə cəzb olundu, lakin metal çubuğu yun parçaya sürtüb kürəyə
toxundurduqda kağız lent tərpənməz qaldı?
AÇAR SÖZLƏR
Dielektriklər
Elektrik yükləri
Paylanma
Keçiricilər
NƏ ÖYRƏNDİNİZ?
Elektrik yükünü keçirən maddələr __ adlanır. Elektrik
yükünü keçirməyən maddələr __ adlanır.
Keçiriciləri elektrikləndirdikdə elektrik yükləri onun
bütün səthi boyu __.
Dielektriklərdə sürtünmə və ya toxunma ilə yaranan __
yarandığı yerdə də qalır, hərəkət etmir.
ÖYRƏNDİKLƏRİNİZİ YOXLAYIN
- Şəkildə təsvir edilən ütünün hansı hissəsi keçirici, hansı hissəsi isə dielektrikdir?
|
Keçirici
|
Dielektrik
|
A)
|
Yalnız O
|
L, M, N və P
|
B)
|
Yalnız O
|
Yalnız M
|
C)
|
Yalnız L
|
M, N, O ve P
|
D)
|
L və O
|
M, N və P
|
E)
|
L, N və O
|
M və P
|