Bunun üçün onlara daha böyük fəza tələb olunur. Nəticədə bərk cisim genişlənir. Maye və qazların istidən genişlənməsinin də səbəbi onlardakı molekulların istilik hərəkətlərinin orta kinetik enerjisinin artması nəticəsində daha geniş həcmə yerlərini dəyişmələridir.
Cismi soyutduqda isə əks proses baş verir: molekulların istilik hərəkətlərinin orta kinetik enerjiləri azalır. Nəticədə bərk cisimlərdə atomların rəqsi hərəkətlərinin amplitudları kiçilir, maye və qazlarda isə molekullar bir-birinə yaxınlaşır və cisimlərdə sıxılma baş verir.
Qeyd edək ki, istehsalatda metalların istidən genişlənmə xassəsi ciddi nəzərə alınır. Belə ki, bərk cisimlərin istidən genişlənməsi zamanı o, digər cisimlərə böyük qüvvə ilə təsir edə bilir. Nəticədə polad relslər əyilə, burazlar qırıla, metal körpülər dağılmaqla böyük fəsadlar yaranar. Bunu nəzərə alaraq belə qurğuların hissələrinə sərbəst uzanma və ya qısalma imkanları verilir.
ÖYRƏNDİKLƏRİNİZİ TƏTBİQ EDİN
Təchizat: kiçik kolba, rənglənmiş su (1l), ortasından kiçikdiametrli şüşə boru keçirilmiş tıxac, spirt lampası (və ya şam), alışqan, ştativ.
İşin gedişi: