Eramızdan əvvəl 624-547-ci illərdə qədim yunan filosofu Miletli Fales müəyyən etdi ki, sarı kəhrəbanı (kəhrəba yerdən quru, bərk qatran halında çıxarılırdı) ipək və ya yun parçaya sürtdükdə o, uzun müddət saçın uclarını, yarpaqları, saman çöplərini və s.-ni cəzbetmə (və ya itələmə) xassəsi kəsb edir. Yunanca kəhrəba “elektron” deməkdir. Kəhrəba digər cisimləri cəzb edərdisə, deyirdilər ki, o elektriklənmişdir.
Aparılan araşdırmadan məlum olmuşdur ki:
müsbət (“+”), ipək parçanın isə mənfi (“-”) elektrik yükü ilə elektrikləndiyi qəbul edilmişdir. Ebonit çubuğu yun parçaya sürtdükdə isə ebonit çubuq mənfi (“-”), yun parça müsbət (“+”) elektrik yükü ilə elektriklənir (d).
Bəzən eyni işarəli elektrik yükləri (məsələn, iki elektrik yükünün hər ikisi müsbət və ya hər ikisi mənfi
olduqda) eyniadlı, müxtəlif işarəli elektrik yükləri (məsələn, iki elektrik yükünün biri
müsbət, digəri mənfi olduqda) isə müxtəlifadlı yüklər adlanır.
Elektrik yükü q hərfi ilə ilə işarə edilir. Bütün elektriklənmiş cisimlər
sıfırdan fərqli elektrik yükünə malikdir, yüklənməyən cisimlər elektroneytral
(elektrik cəhətdən neytral) və ya yüksüz cisim adlanır.
Elektrik yükünün BS-də vahidi fransız fiziki Şarl Kulonun şərəfinə kulon (Kl) qəbul
edilmişdir:
[q] = 1Kl.