4. Reaktiv mühərrikdə qızdırıcı, işçi cisim və soyuducu nədir?
5. Mühərrik qızdırıcıdan 150 MC istilik miqdarı alıb soyuducuya 100 MC verdi. Mühərrikin FİƏ-si neçə faizdir?
6. Nəzrin valideynləri ilə tozlu, tüstülü Bakıdan uzun yol gedərək dağın sinəsində yerləşən kəndlərinə çatdı. Qarşıda açılan gözəl təbiət mənzərəsinin ahəngini onların mühərriki guruldayan çirkli, tozlu avtomobili tamamilə pozurdu. Nəzrin təbiətin ahəngini bərpa etmək üçün xəyala daldı: — Bizim avtomobil ▲ olsaydı, bu gözəlliyə bir xələl gətirməzdi.
I sual. ▲ - işarəsinin yerinə Nəzrinin fikrində tutduğu avtomobili təyin edin.
A) Su buxarı mühərrikli avtomobil
B) Dizel mühərrikli avtomobil
C) Reaktiv mühərrikli avtomobil
D) Elektrik mühərrikli avtomobil
E) Karbürator mühərrikli avtomobil
II sual. Nəzrin böyüyəndə öz şəxsi avtomobilini gecələr harada saxlayacaq: evlərinin pəncərəsinin altındakı çəmənlikdə, binalarının yaxınlığında yerləşən parkdakı ağacların arasında, yoxsa iki məhəllə uzaqlıqdakı avtomobil dayanacağında?