Ona görə də bu gün insanın qarşısında duran əsas vəzifə - sağlam təbii yaşayış mühitini yaratmaq problemini həll etməkdir. Problemin həll yollarından biri alternativ enerji mənbələrindən - Günəş, külək, dəniz qabarmaları və s. enerji mənbələrindən istifadə etməkdir.
ÖYRƏNDİKLƏRİNİZİ TƏTBİQ EDİNAparılan praktik araşdırmalardan müəyyən edilmişdir ki, karbürator mühərrikli bir minik avtomobili il ərzində atmosferdən 40 t oksigen udur, əvəzində isə atmosferə yanma məhsulları ilə birlikdə 800 kq dəm qazı (CO), 40 kq azot oksidləri və 200 kq karbohidrogen xaric edir. 2014-cü ilin məlumatına görə, Bakı şəhərinin küçələrində hər gün 750000 minik avtomobili hərəkət edir. Bu avtomobillər il ərzində ətraf mühitə nə qədər zərər vurur?
Nəticəni müzakirə edin:
NƏ ÖYRƏNDİNİZ?
İstilik mühərriklərindən xaric edilən __ ətraf mühitə
ciddi zərər vurur: birincisi, __ üçün atmosferdən külli
miqdarda __, ikincisi, böyük __ ayırmaqla Yer səthinə
yaxın atmosfer qatının temperaturunu yüksəldir,
üçüncüsü, külli miqdarda yanma məhsulları tullamaqla
atmosferi, su və torpağı çirkləndirir, dördüncüsü,
yüksək __ yaradır və s.