İstilik mühərrikləri yanacağın daxili enerjisinin müəyyən hissəsini (adətən, 30 - 40%-ni) digər növ enerjiyə çevirir, qalan hissəsini isə ətraf mühitə xaric edir. Xaric edilən bu enerji ətraf mühitə ciddi zərər vurur: birincisi, yanacağın yanması üçün atmosferdən külli miqdarda oksigen udulur, ikincisi, böyük istilik miqdarı ayırmaqla Yer səthinə yaxın atmosfer qatının temperaturunu yüksəldir, üçüncüsü, külli miqdarda yanma məhsulları tullamaqla atmosferi, su və torpağı çirkləndirir, dördüncüsü, yüksək səs-küy yaradır və s. Tədqiqatçılar müxtəlif nəqliyyat vasitələrinin ətraf mühitə vurduqları zərərin payını aşağıdakı kimi müəyyənləşdirmişlər
Mütəxəssislər atmosferə xaric olunan zərərli tullantıların miqdarını azaltmaq məqsədilə xüsusi katalitik neytralizatorlar hazırlamışlar. Bu qurğu atmosferə atılan dəm qazının (CO) miqdarını 80%, azot oksidlərinin (NOx) miqdarını isə 50% azaldır. Hazırda nəqliyyat vasitələrinin istilik mühərriklərinin zərərli nəticələri ilə mübarizə bir neçə istiqamətdə aparılır:
İstilik elektrik stansiyalarında tətbiq edilən mühərriklər də ətraf mühitə böyük ziyan vurur. Bu stansiyalar canlı orqanizmlərə zərərli olan maddələr xaric etməklə yanaşı, Yer atmosferinin qlobal istiləşməsinə “yardım” edir.