Kompressordan
yanma kamerasına (qızdırıcı) temperaturu 200°C olan sıxılmış hava vurulur, eyni zamanda yüksək təzyiqdə maye
yanacaq (kerosin) püskürülür. Yanacağın yanması nəticəsində işçi cisim olan hava 1500 — 2000°C temperatura
qədər qızır. İstidən kəskin genişlənən hava və digər yanma məhsulları olan qaz şırnağı böyük sürətlə
xaricetmə soplosuna tərəf axır. Bu zaman o, turbinin pərləri arasından keçməklə öz daxili enerjisini
turbinin fırlanmasına sərf edir, nəticədə onun temperaturu 550°C-yə qədər azalır.
Turbinin aldığı mexaniki enerjinin bir hissəsi isə təyyarə (və ya gəmi) pərlərini fırladaraq dartı qüvvəsi
yaradır. İşlənmiş hava və yanma məhsulları isə atmosfer təzyiqinə yaxın təzyiq və
≈ 500 m
san sürətlə xaricetmə soplosundan atmosferə atılır (bax: şək.
d).
Təchizat: rezin şar, leska (tilov ipi,
12–15 m), borucuq (şirə içmək üçün istifadə
olunan), skoç (yapışqanlı lent).
İşin gedişi: