İki növ reaktiv mühərrik mövcuddur: raket mühərriki və hava reaktiv mühərriki.
Raket mühərriki – öz işində ətraf mühitdən, məsələn, atmosfer havasından istifadə etməyən reaktiv mühərrikdir. Mühərrikdə yanacaq və oksidləşdirici maddədən istifadə olunur. Bu maddələr mühərriklə birlikdə daşınır. Mühərrikin yanma kamerasına (qızdırıcıya) nasoslar vasitəsilə yanacaq və oksidləşdirici vurulur. Yanacaq qarışığının alışmasından kamerada yüksək təzyiq və temperatura malik yanma məhsulları olan qazlar (işçi cisim) yaranır. Qaz şırnağı raketin soplosundan böyük təzyiqlə atmosferə (soyuducu) atılır, nəticədə atılan qaz kütləsinin reaktiv təsiri yaranır: raket qaz şırnağının reaksiya qüvvəsinə bərabər böyük dartı qüvvəsi təsir edir (c).
Hava reaktiv mühərriki – yanacağı özü ilə daşıyan, oksidləşdiricisi isə atmosfer havası olan reaktiv mühərrikdir (d).