Təchizat: karbüratorlu daxiliyanma mühərrikinin modeli.
İşin gedişi:
Rəqəmlərə əsasən mühərrikin iş prinsipini araşdırın.
NƏ ÖYRƏNDİNİZ?
Yanacağın birbaşa silindrdə, mühərrikin özünün
daxilində yandığı istilik mühərriki __.
Mühərrikin bir tam işi dörd __ baş verir.
Bu səbəbdən belə mühərrik __ adlanır.
ÖYRƏNDİKLƏRİNİZİ YOXLAYIN
1. Karbüratorlu daxiliyanma mühərrikinin dizel mühərrikindən əsas fərqi nədədir?
2. Sorma taktında hansı fiziki proses baş verir?
3. Sıxılma, işgörmə və xaricetmə taktlarının iş prinsipi nədən ibarətdir?