Molekulun sürət və kütləsindən asılı olan fiziki kəmiyyət isə kinetik enerjidir. Müəyyən edilmişdir ki, cismin temperaturu onu təşkil edən molekulların orta kinetik enerjisindən asılıdır.
Cismi təşkil edən molekulların orta kinetik enerjisi böyük olduqda onun temperaturu da yüksək olur.
ÖYRƏNDİKLƏRİNİZİ TƏTBİQ EDİN
Məsələ
L, M və N suqızdırıcılarında başlanğıc temperaturu 18°C olan müxtəlif miqdarda su vardır (d). Qızdırıcılar eyni anda işa salınır və içərisindəki sular qaynadıqca onlar avtomatik olaraq sönür.
I sual. Qızdırıcıları işə salmazdan əvvəl onlardakı suların molekullarının orta kinetik enerjiləri arasında hansı münasibət var?
A) EL = EM = EN | B) EL > EM > EN | C) EL = EM > EK | D) EL < EM < EN | E) EL < EM = EN |
II sual. Hansı diaqram qızdırıcıların sönmə müddətləri arasındakı münasibəti düzgün əks etdirir? Niyə?
NƏ ÖYRƏNDİNİZ?
İş vərəqində "Molekulların istilik hərəkəti" mövzusuna aid esse yazın.
Öyrəndiklərinizi yoxlayın
1. Hansı hərəkət istilik hərəkəti adlanır?
2. Maddələrdə diffuziyanın sürəti nədən asılıdır?
3. Temperatur nəyin ölçüsüdür?
4. İstilik hərəkətinin mexaniki hərəkətdən fərqi nədir?