Qaz kəmərlərindən, qaz balon və cihazlarından qazın sızmasını yoxlamaq üçün açıq oddan istifadə
etmək qəti qadağandır.
Diqqətli olaq!
-
qaz cihazı olan otaqda nəfəsliyi açıq saxlayın;
-
işlək qaz cihazını nəzarətsiz qoymayın. Suyun daşması alovun sönməsinə və qaz sızmasına
səbəb olduğu üçün çaydanda və qazanda suyu qaynadarkən daşıb tökülməyəcəyi səviyyəyə qədər
doldurun;
-
qaz plitəsi üzərində dəsmal və geyim qurutmayın;
-
mətbəxdəki qaz plitəsindən evi isitmək məqsədilə istifadə etməyin;
-
qaz cihazını işlək vəziyyətdə qoyub yatmayın;
-
mənzilə girərkən qaz sızmasının olmadığına tam əmin olduqdan sonra işığı yandırın və
elektrik cihazlarından istifadə edin.
Rauf 5-ci sinifdə oxuyur. O, həyətdə oynamaq istəyir. Hava soyuq olduğundan anası onun həyətə
düşməsinə icazə vermir. Rauf bu dəfə topla oynamaq fikrinə düşür. Topun saplarının çıxdığını görüb
qayçı ilə onu kəsmək istəyir. O, qayçını götürən zaman yıxılır və qayçı onun gözünü zədələyir. Axı
Rauf aşağı siniflərdə oxuyarkən kəsici və deşici alətlərlə necə davranıldığını, hansı təhlükəsizlik
qaydalarına əməl etməli olduğunu öyrənmişdi. Bəs necə oldu ki, bədbəxt hadisə baş verdi? Həmin
qaydaları siz dəyada salıb suala cavab verin.
Lalə şəbəkəyə qoşulmuş elektrik lampasını yaş əsgi ilə təmizləmək istəyirdi. Anası ona bəzi
tövsiyələr verdi. Sizcə, ana hansı tövsiyələri verdi?
Məişət elektrik cihazlarını sudan qoruyun.
Telefon və digər cihazlardan hamam otağında istifadə etməyin.
Yaş əllə elektrik naqilinə, elektrik açarına, elektrik cihazlarına toxunmayın.
Gülər evdə tək idi. Dərsdən yenicə gəldiyi üçün yuyunmalı, yeməyi isitməli, çay
dəmləyib
içməli idi. Bu zaman bir anlıq düşündü: mən müəllimimin və valideynlərimin öyrətdiyi
hansı
qaydalar çərçivəsində hərəkət etməliyəm?