Yol hərəkəti qaydalarına uyğun davranışlara aid nümunələr göstərməklə cəmiyyətdə bu qaydaların zəruri olmasını əsaslandırın.
Dövlət tərəfindən müəyyən olunan qaydaları, əsasən, səlahiyyətli orqanlar icra edir.
Vətəndaşların konstitusiya ilə müəyyən edilmiş vəzifələri vardır. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət etməli, qanunla müəyyən edilmiş vəzifələri yerinə yetirməlidir.
Azərbaycan Respublikasının Konstitusiyasına əsasən hansı vəzifələrimiz var?
Hüquqsuz vəzifə, vəzifəsiz hüquq yoxdur. Hüquq və vəzifələr bir-birindən ayrılmazdır.
Azərbaycan Respublikasının Konstitusiyasına əsasən vətəndaşların vəzifələri müəyyən edilmişdir. Dövlət və cəmiyyət qarşısında hər bir şəxs hüquq və azadlıqlarından irəli gələn vəzifələr daşıyır.
Azərbaycan Respublikasının Konstitusiyasında vətənin müdafiəsi vətəndaşın vəzifələrindən biri kimi nəzərdən keçirilir. Vətənin müdafiəsi vəzifəsi məcburi hərbi xidməti və ya onu əvəz edən alternativ xidmətlə əvəz olunmasını nəzərdə tutur. Məsələn, Azərbaycan Respublikası Konstitusiyasının 76-cı maddəsi vətəndaşın vəzifələri sırasına Vətənin müdafiəsini aid edir:
Sağlam yaşamaq üçün ətraf mühitin qorunması bəşəriyyətin ən mühüm vəzifələrindən biridir.
Təbiəti qorumaq, onu mühafizə etmək, sağlam nəsil böyütmək üçün ətraf mühiti qorumaq borclarımızdan biridir. Bu baxımdan Azərbaycan Respublikasının Konstitusiyasının 78-ci maddəsində göstərilir ki, ətraf mühitin qorunması hər bir şəxsin borcudur.
Digər bir borc isə vergilərlə bağlıdır. Bu, Azərbaycan Respublikasının Konstitusiyasının 73-cü maddəsində öz əksini tapmışdır.