Dövlət vergiləri dedikdə Vergi Məcəlləsi ilə müəyyən edilən və Azərbaycan Respublikasının bütün ərazisində ödənilməli olan vergilər nəzərdə tutulur.
Muxtar Respublika vergiləri dedikdə Naxçıvan Muxtar Respublikasının Vergi Məcəlləsinə uyğun olaraq, Naxçıvan Muxtar Respublikasının qanunları ilə müəyyən edilən və Naxçıvan Muxtar Respublikasında ödənilən vergilər nəzərdə tutulur.
Yerli vergilər (bələdiyyə vergiləri) dedikdə Vergi Məcəlləsində və müvafiq qanunla müəyyən edilən, bələdiyyələrin qərarlarına əsasən tətbiq edilən və bələdiyyələrin ərazilərində ödənilən vergilər nəzərdə tutulur.
"Vətənə sevgi, dövlətə vergi" adlı təqdimat hazırlayın.
Vergilərin ödənilməsi Azərbaycan vətəndaşlarının konstitusiya öhdəliyidir. Azərbaycan Respublikasında vergilər pul vahidimiz olan manatla hesablanır və ödənilir. Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinə əsasən, qanunla müəyyən olunmuş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər kəsin borcudur. Heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunla göstərilmiş həcmdən əlavə vergiləri və başqa dövlət ödənişləri ödəməyə məcbur edilə bilməz.
Dövlət vergilərinə aşağıdakılar aiddir:
"Vergi iqtisadiyyatın əsasıdır" fikrinə münasibət bildirin.
Fiziki və hüquqi şəxs anlayışlarını izah edin.