Bəyannamə 30 maddədən ibarət olub insanların siyasi hüquqları ilə yanaşı, iqtisadi, sosial və mədəni hüquqlarını da özündə cəmləşdirir. Bəyannamə insan hüquqlarının qorunmasında və beynəlxalq hüququn inkişafında mühüm rol oynayır.
Sizcə, nə üçün bu qətnamə məhz ikinci Dünya müharibəsindən sonra qəbul edildi? Müharibələrin insanların siyasi, mədəni və iqtisadi hüquqlarına təsiri ilə bağlı fikir mübadiləsi aparın, nəticələrinizi qruplaşdıraraq cədvəl tərtib edin.
İnsan hüquq və azadlıqları sonralar da beynəlxalq təşkilatların diqqət mərkəzində olmuşdur. 1966-cı ildə iqtisadi, sosiai və mədəni hüquqiar haqqında Beynəlxaiq Pakt və Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Pakt imzalandı. Həmin paktlarda nəzərdə tutulan əsas öhdəlik budur ki, bu sənədi imzalayan dövlət öz ərazisi çərçivəsində olan hər bir şəxsin hüquqlarına hörmətlə yanaşmalı və bu hüquqları təmin etməlidir.
BMT tərəfindən 20 noyabr 1989-cu il tarixində Uşaq Hüquqları haqqında Konvensiya da qəbul edilmişdir. Azərbaycan Respublikasında isə 1998-ci ildə Uşaq Hüquqları haqqında qanun qəbul edilmişdir.
Uşaq Hüquqları Konvensiyası dünyanın hər yerində yaşayan uşaqların hüquqlarını qanuni şəkildə təmin edir. Bu sənəd uşaqların yaşaması və inkişafı üçün zəruri olan minimum standartları müəyyən edir. Konvensiyanı ratifikasiya etmiş bütün dövlətlər bu öhdəlikləri yerinə yetirməlidir. Onlar daim xüsusi təşkil edilmiş Uşaq Hüquqları Komitəsinə hesabat və həyata keçirdikləri bütün işlər haqqında məlumat verirlər. Uşaq hüquqlarına dair bütün məsələlər bu sənəddə cəmləşdirilib.
Konvensiya uşaqların iqtisadi, sosial, mədəni və siyasi hüquqlara malik olmasını vurğulayır.