Ekoloji tarazlığın qorunması və bərpası
Ekoloji tarazlığın qorunması və bərpası ilə bağlı layihənin hazırlanması üçün aşağıda sizə təqdim olunan mövzular əsasında araşdırma aparın. Layihənin hazırlanmasını aşağıdakı alqoritm üzrə planlaşdırın:
Zibilliklərin azaldılması
Mövcud vəziyyəti araşdırmaqla dünyada və yaxud respublikamızda zibilliklərin azaldılması ilə bağlı hansı tədbirlər həyata keçirilir? Bu məqsədlə təkliflər hazırlayın.
Yaşıllıqların artırılması
Dünyada və yaxud respublikamızda yaşıllıqların artırılması ilə bağlı hansı tədbirlər həyata keçirilir? Bu məqsədlə təkliflər hazırlayın.
Su hövzələrinin təmiz
saxlanılması
Dünyada və yaxud respublikamızda su hövzələrinin təmiz saxlanılması ilə bağlı hansı tədbirlər həyata keçirilir? Bu məqsədlə təkliflər hazırlayın.
Atmosfer havasının çirklənməsinin qarşısının alınması
Dünyada və yaxud respublikamızda atmosfer havasının çirklənməsinin səbəbləri nələrdir, bunun qarşısının alınması ilə bağlı hansı tədbirlər həyata keçirilir? Bu məqsədlə təkliflər hazırlayın.
Yaşadığınız ərazinin təmizliyi
Yaşadığınız ərazinin ekoloji tarazlığının qorunması məqsədilə təkliflərinizi verin, tədbirlər planı və buklet hazırlayın.
Şəhərimizin zəhərli tüstü və qazlardan qorunması
Havanı zəhərləyən əsas mənbələrdən biri olan avtomobillərin buraxdığı tüstü və qazlar ətraf mühitə necə təsir göstərir? Dünyada və respublikamızda havanın çirklənməsinin qarşısını almaq üçün nə kimi tədbirlər həyata keçirilir? Bu məqsədlə hansı tədbirlər təklif edə bilərsiniz?