Həm miqyasından, həm də əhəmiyyətindən asılı olaraq, beynəlxalq ekoloji problemlər ikitərəfli, çoxtərəfli sazişlər, konvensiyalar* əsasında tənzimlənir.
"Hər il bizdə "Ekologiya ili" olmalıdır. Çünki bu həyatımızdır, sağlamlığımızdır, gələcəyimizdir".
İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti
Azərbaycan dövlətinin strateji məqsədlərindən biri də ekoloji mühitin sağlamlaşdırılmasıdır. Bu sahədə ölkəmiz müvafiq beynəlxalq konvensiyalara qoşulmuşdur. Bununla bağlı dövlət səviyyəsində xüsusi sənədlər işlənilib hazırlanmışdır. Bu istiqamətdə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi təxirəsalınmaz tədbirlər həyata keçirir.
Müasir dövrdə təbiətdən istifadə nə qədər vacib və aktualdırsa, onu qorumaq, bərpa etmək, cəmiyyətin davamlı inkişafını təmin etmək bir o qədər əhəmiyyətlidir.
Respublikamız aşağıda adları çəkilən konvensiyalara qoşulmuşdur:
Bu konvensiyalar haqqında məlumat toplayın və sinif yoldaşlarınızla fikirlərinizi bölüşün.
Məktəbinizin ətraf ərazisinin qorunması məqsədilə görülə biləcək tədbirlərin planını tərtib edin. Bu məqsədlə layihəyə kimlərin cəlb olunacağını müəyyən edin.