Музыка Октая Зулъфугарова,
слова Юсифа Гасанбекова.
I
Tarlalardan, zəmilərdən
Yığılıb kəndin varı.
Gəlib məhsul bölgüsünə
Yarış, əmək dostları.
Припев:
Bu gün məhsul bayramıdır,
Şənlik bizə yaraşır.
Bu nəğmələr, bu gülüşlər
Kəndimizə yaraşır.
Şənlik bizə yaraşır,
Kəndimizə yaraşır.
II
Bir tərəfdə tüstülənir
Cərgə-cərgə ocaqlar,
Bir tərəfdə oturmuşlar
Gələn əziz qonaqlar.
III
Saz götürüb iki aşıq
Bir-biriylə yarışır,
Bu gün məhsul bayramıdır,
Şənlik bizə yaraşır.
Şənlik bizə yaraşır,
Kəndimizə yaraşır.
IV
Axşam olur, qaş qaralır,
Şənlik kəsilmir yenə,
Bu gün hamı qonaq gedir
Bir-birinin evinə.
Припев: