I
Vətənim sülhün gözüdür,
Sülh onun ürək sözüdür,
İlk sözüdür, ilk sözüdür,
ilk sözüdür.
Mayası da, təməli də,
Amalı da, əməli də
Sülh özüdür, sülh özüdür,
sülh özüdür!
Nəqərat:
Al ulduzumuz —
Dan ulduzumuz!
Ellər gülər, bahar gələr sən nur
saçanda!
Gur olsun həyat!
Nur olsun həyat!
Qızıl günəş boğulmasın qara
tufanda!
Nəqərat:
Yaşa, Günəş!
Yaşa, həyat!
Gülsün bəşər!
Gülsün bəşər, gülsün ellər!