Musiqisi Oqtay Zülfüqarovun,
Sözləri Cavad Cavadlınındır.
I
Həyatın qəribə qanunları var,
Tingini bəslərsən, olar bir çinar.
Olma haqq itirən, olma qəlbi dar,
Sənə dərs deyənə,
Minnətdar ol sən!
II
Çay olsan, bulağı gətir sən saya,
Bil ki, dağ üstündə dayanır qaya.
Əgər sən yetişsən şirin arzuya,
Sənə dərs deyənə,
Minnətdar ol sən!
III
Ellər səcdə etsə, əgər adına,
Təkcə arxalanma istedadına.
Sən öz ustadını gətir yadına,
Sənə dərs deyənə,
Minnətdar ol sən!