«Hüsnü bağında». Azərbaycan xalq mahnısı
Musiqisi Üzeyir Hacıbəylinin,
sözləri Mirmehdi Seyidzadənindir.
I
Azad ellərinin gənc nəsliyik biz,
Sevinclə doludur körpə qəlbimiz.
Biz azad bülbülük, ölkəmiz gülşən,
Bu bayram günündə gəzirik şən-şən.
II
Sevirik anamız Azərbaycanı,
Odur qəlbimizin hiss-həyəcanı.
Gündə çiçəklənir Vətən torpağı,
Səadət günəşi olub bayrağı.