Musiqisi Oqtay Kaziminin,
sözləri İldırım Coşğunundur.
I
Bizimdir bu həyat,
Bu şənlik, bu büsat,
Bu gözəl diyar.
Bizimdir qüdrətli
Min barlı, nemətli
Bu ana torpaq.
II
Bizimdir bəxtiyar
Bu ellər, obalar.
Mehriban dostlar,
Bizimdir çiçəkli,
Bu bərli-bəzəkli
Bu bağça, bu bağ.
III
Bizimdir hünəri
Dillərin əzbəri
Bu qəhrəmanlar.
Bizimdir çıraqban
Günbəgün ucalan
Bu Azərbaycan.