Musiqi dinləyək və melodiyanın bir parçasını notla ifa edək
Cahangir Cahangirov. «Füzuli» kantatasının II hissəsindən bir parça
Musiqisi Emin Sabitoğlunun,
sözləri Kərkük bayatıları.
I
Şirin dil, şirin dil,
Al bağrımı, şirin dil.
Nə deyirsə, yad desin,
Öz dilimdi şirin dil.
Şirin dil, şirin dil,
Ana dili, şirin dil.
Həm təbibdi, həm məlhəm
Şirin söhbət, şirin dil.
Nəqərat:
Şirin düşər,
Zülf üzə şirin düşər.
Fərhad qaya çapanda,
Yadına Şirin düşər.
Emin Sabitoğlunun «Şirin dil» mahnısı Şövkət Ələkbərovanın repertuarında xüsusi yer tuturdu. Mahnının sözləri Kərkük bayatılarından götürülüb.