Polad Bülbüloğlu. «Şən Azərbaycan»
Bu mahnının ilk ifaçısı Müslüm Maqomayevdir.
Musiqi dinləyək
Cüzeppe Verdi. «Riqoletto» operasından «Hersoqun ariyası». İfa edir Müslüm Maqomayev
Müslüm Maqomayevin ən sevdiyi opera ariyalarından biri italyan bəstəkarı Cüzeppe Verdinin «Riqoletto» operasından «Hersoqun ariyası»dır.
Musiqisi Müslüm Maqomayevin,
sözləri Nəbi Xəzrinindir.
I
Ey əziz anam, Azərbaycan,
Sənə bağlıyam, Azərbaycan.
Ömrümün mənasısan, Azərbaycan,
Qardaşlıq dünyasısan, Azərbaycan,
Anamın anasısan, Azərbaycan.
II
Ey ana yurdum, Azərbaycan,
Çinarlı yurdum, Azərbaycan.
Sənsən arzum, zəfərim, Azərbaycan,
Çağlayan gur Xəzərim, Azərbaycan.
Günəşli al səhərim, Azərbaycan,
Gözəlliklər məskənim, Azərbaycan.