Musiqi dinləyək
Üzeyir Hacıbəyli. «Leyli və Məcnun» operasından «Uvertüra»
Operada Azərbaycan xalq mahnılarından da istifadə olunub. III pərdədə səslənən «Qızlar xoru»nun melodiyası «Bu gələn yara bənzər» Azərbaycan xalq mahnısından götürülüb.
Musiqisi Emin Sabitoğlunun,
sözləri İbrahim Kəbirlinindir.
I
Hara getsən, göz sevindir,
Könüllər aç, ürək dindir.
Elə tərpən, elə davran,
Görən desin: «Nə gözəldir
Azərbaycan!»
II
Dağ başından çən enməsin,
Etibarın tükənməsin.
Dost yaransın dostluğundan
Görən desin: «Nə gözəldir
Azərbaycan!»
Nəqərat:
Ayağını yerə bərk bas,
İzlərini dünyaya yaz,
Addımından qopsun tufan,
Görən desin: «Nə gözəldir
Azərbaycan!»
«Nə gözəldir Azərbaycan!» mahnısı «Şüştər» muğamının «Tərkib» şöbəsinə əsaslanır.