Mahnını yada salaq və oxuyaq
Musiqisi və sözləri
Xan Şuşinskinindir.
I
Şuşanın dağları başı dumanlı,
Qırmızı koftalı, yaşıl tumanlı,
Dərdindən ölməyə çoxdur gümanlı.
Nəqərat:
Ay qız, bu nə qaş-göz, bu nə tel?
Ölərəm dərdindən onu bil,
Danışmasan da, barı gül.
II
Şuşada axşamlar doğar ulduzlar,
Onlardan gözəldir gəlinlər-qızlar,
Oturub yol üstə yarını gözlər.
Nəqərat:
III
Şuşanın hər yandan gəlir sorağı,
Tərifə layiqdir İsa bulağı,
Dağları, bağları qızlar oylağı.
Nəqərat: